“İnter” və Çin avtomobil istehsalçısı BYD tərəfdaş olublar.
newsbaku.az sports.ru-ya istinadən xəbər verir ki, futbol klubu ilə əməkdaşlıq çərçivəsində şirkət “İnter”in rəhbər heyəti, məşqçilər korpusu və futbolçuları üçün 70-ə yaxın elektrik və hibrid avtomobil təqdim edəcək.
Müqavilə 2028-ci ilə qədər qüvvədədir və avtomobil istehsalçısının Avropa bazarına genişlənmə strategiyasının bir hissəsidir.
“İnter” azarkeşləri üçün BYD avtomobillərinin xüsusi alış və icarə proqramları da hazırlanır.
newsbaku.az