Heydər Əliyev Mərkəzində Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim olunub

image-oh5drp7wzhtzwjzcnol5kqson0rduuh0dzx5dbde_1200backend

Heydər Əliyev Mərkəzində distant formada keçirilən növbəti Çin dili kurslarının birinci mərhələsini uğurla başa vuran 20 tələbəyə sertifikatlar təqdim olunub.

newsbaku.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutunun və Pekin Xarici Dillər Universitetinin birgə tərəfdaşlığı ilə UNEC-də distant Çin dili kursları təşkil olunur. Üçüncü qəbul üzrə tədris UNEC-də 2024-cü ilin dekabrından başlayıb.

Sertifikatların təqdim olunması mərasimində çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, 2019-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və Leyla Əliyevanın rəhbərliyi ilə başlanılan distant Çin dili kursları qısa müddətdə böyük marağa səbəb olub. O deyib ki, müraciətlərin sayı hər mərhələdə dəfələrlə artıb. Rektor vurğulayıb ki, kursların distant formada keçirilməsi həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar üçün geniş imkanlar açır.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla çıxışında bildirib ki, qədim zamanlardan Çindən Qərbə doğru gedən karvanlar təkcə ipək deyil, mədəniyyət, ədəbiyyat və sənət də aparırdılar. Onun sözlərinə görə, Azərbaycan da bu mədəni mübadilənin bir parçası olub, buradan da Çinə ədəbi və mədəni nümunələr gedib çıxıb. Bu səbəbdən dünya ədəbiyyatına baxanda Şərq və Qərb ənənələrinin qarışıq, zəngin mənzərəsi ilə qarşılaşırıq. Rektor vurğulayıb ki, Çin mədəniyyəti, dili, ədəbiyyatı, Konfutsi və Lao Tszının yaratdıqları böyük fəlsəfi irs tələbələr üçün öyrənilməli dəyərlərdir.

Tədbirdə çıxış edən kursun məzunları Turanə Kamalova və Aydan Qurbanova diqqətə çatdırıblar ki, distant Çin dili kursları onların həyatında yeni imkanlar açıb və gələcək fəaliyyətlərinə müsbət təsir göstərib. Qeyd ediblər ki, bu proqram sayəsində həm şəxsi inkişaf, həm də peşəkar fəaliyyət üçün vacib biliklər qazanıblar.

Çıxışlarda, həmçinin bildirilib ki, dərslərə Azərbaycanın müxtəlif regionlarından, eləcə də Çində və digər xarici ölkələrdə yaşayan azərbaycanlılar da qoşula bilirlər. Şəhid ailələri, qazilər və onların ailə üzvləri, eləcə də sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin təhsil haqları Heydər Əliyev Fondu tərəfindən qarşılanır. Tədris müxtəlif yaş qruplarını əhatə edir. İndiyədək ən gənc tələbənin 14 yaşı, ən yaşlı tələbənin isə 74yaşı olub.

Heydər Əliyev Mərkəzində keçirilən tədbir zamanı həm də kurs iştirakçılarının ifalarında Çin mədəniyyətini tərənnüm edən bədii proqram təqdim olunub.

image-4idcs55ctguc1njsx81ynt910vurn7bdhslzszdj_640 image-oh5drp7wzhtzwjzcnol5kqson0rduuh0dzx5dbde_1200 image-cuwchl9e5h5hqcxibxfef8b1gszwjshnu7zrfbuw_640 image-fs5f8cezthddfsakn1pypqkkpcv7rmcwroop6mdu_640 image-lgelftvedv22u4bcu1tgmckunqwojnvavsohbb92_640 image-2srnjs5yd8qtdpsvsk51wgatuthgc4ofmgmkf5w2_640 image-cdesc0mwkhrfqhjjnnzaoaezog8menwkoibspcee_640 image-233mwgsardwfvksbrin4xdnreefhxlyj7py16egy_640 image-7t7qbue0zdh7jsi7fmzab0clczsdvos2ycuw8coo_640 image-5gvjfrh3jakygzskdsonechtl4tfyntqmvocir6w_640 image-zqn2ezby8ykcsmukssmsr1get5w6lc3qtitzlpkk_640 image-yhzjvrtiavyr45xxslwrtsbexjgzveqcdltxat6b_640 image-2zwpovugn1uandqbegfobtqp72hfv1q6rppxbjfu_640 image-5aijhhna3cccgb7mnqiehqkbnvqjbh797ijsp9vw_640 image-nq5vnyb9h4wuwdarflyrkdguxs4xjjjv4kywb97l_640 image-y1lc0lqrt9uu3ni5tugremflfwggy1fqhyytqiqr_640

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki