Günəşdə güclü partlayış baş verib

image-isfciyv3xtd9esbftwbtbekhuctrd8hrfbxfii31_1200backend

Günəşdə M sinfinə aid güclü partlayış baş verib.

newsbaku.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Avqustun 29-da Moskva vaxtı ilə saat 07:16-da (Bakı vaxtı ilə 08:16 – red.) 4203 (N10W88) günəş ləkələri qrupunda rentgen diapazonunda 9 dəqiqə davam edən M1.1 alışması qeydə alınıb”, – deyə məlumatda bildirilib.

Rusiyanın Kosmik Tədqiqatlar İnstitutunun və Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiya laboratoriyasının məlumatına görə, cümə günü hələ də Yerə təsir ehtimalı yüksək olan güclü partlayışların baş vermə riski mövcuddur.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki