Paytaxtda ev yanıb – Xəsarət alan var

image-fhnbackend

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 kvadratmetr (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli dördotaqlı evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

newsbaku.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki