Rusiyada 6,2 maqnitudada zəlzələ olub

image-6d15b753-5ed5-3e90-b671-3939e0102ffb_850backend

Rusiyanın Kamçatka yarımadasında 6,2 maqnitudada zəlzələ qeydə alınıb.

newsbaku.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

“Seysmik hadisənin maqnitudası 6,2-dir. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 276 km məsafədə yerləşib”, – məlumatda bildirilir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki