“Bitcoin” tarixi maksimumunu yenilədi

image-bitkoinbackend

“Bitcoin”in dəyəri tarixi maksimum həddini yeniləyib – kriptovalyutanın qiyməti 118 000 ABŞ dollarını keçib.

newsbaku.az  bu barədə “Binance” platformasına istinadla xəbər verir.

Məlumata əsasən  Bakı vaxtı ilə saat 09:44-də kriptovalyuta 118 090 dollar həddinə çatıb ki, bu da +6.43% artım deməkdir. Bu, “Bitcoin”in indiyədək qeydə alınmış ən yüksək qiymətidir.

Saat 09:58-ə olan məlumata görə, artım tempi bir qədər zəifləyib və qiymət 117 812 dollar (+6.05%) səviyyəsində olub.

Qeyd edək ki, 9 iyul tarixində “Bitcoin” 111 999 dollar səviyyəsinə qalxaraq əvvəlki tarixi maksimumu yeniləyib. Ondan öncəki rekord isə 22 may 2025-ci il tarixində 111 980 dollar olub.

newsbaku.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki