Naxçıvan şəhərinə elektrik enerjisinin verilişində fasilələr olacaq

image-1644935744_untitled-1-mainbackend

Naxçıvan şəhərində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Naxçıvan Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən 2025-26-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən, təmir-bərpa işləri aparılacaq.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin RETSİ tərəfindən məlumat verilib.

Bildirilib ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.

Bu səbəbdən şəhərin bəzi ərazilərində və müxtəlif vaxtlarda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki