Dövlət Sosial Müdafiə Fondu auditor seçir

image-6dd27ad8-63d1-45c0-bd35-451d0b848d94backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) aparat və struktur bölmələri üçün 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidməti üçün açıq tender elan edib.

newsbaku.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 22-nə qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin qalibi sentyabrın 22-də, saat 17:00-da portalda açıqlanacaq.

Xatırladaq ki, DSMF-nin 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditini “KPMG Audit Azərbaycan” MMC həyata keçirib. Şirkətə 600 min manat ödənilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki