Amerikalı rejissor Vudi Allen ABŞ Prezidenti Donald Trampı yeni filmində çəkmək istəyir.
newsbaku.az-ın xəbərinə görə, bu barədə o, amerikalı komediyaçı və teleaparıcı Bill Marla podkast zamanı bildirib.
“Mənim yeganə arzum onu indi çəkmək olardı. Əgər o, indi prezident olduğu dövrdə onu çəkməyə icazə versə, mən möcüzələr yarada biləcəyimi düşünürəm”, – deyə Allen söz verib.
Xatırladaq ki, Vudi Allen Trampı 1998-ci ildə ekranlaşdırılan “Məşhurlar” filmində çəkib. Filmdə siyasətçi və iş adamı elə öz obrazında rol alıb.
“Onunla işləmək xoş idi və o, çox yaxşı aktyor imiş. O, çox nəzakətli idi, özünü ləyaqətlə aparır və hər şeyi düzgün edirdi”, – deyə rejissor paylaşıb.
newsbaku.az