Rusiyada iyulun 14-də radarlardan itən “Mi-8” helikopteri Xabarovsk diyarının Oxotsk rayonu ərazisində aşkar edilib.
newsbaku.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İdarəsi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, helikopter Oxotsk qəsəbəsindən 130 kilometr şimal-şərqdə, dağın yamacında yanmış vəziyyətdə aşkar edilib.
“Mi-8″in göyərtəsində olan beş nəfərin hamısı həlak olub.
newsbaku.az