Yerli mediada yayılan xəbərlərə görə “Qarabağ” sabiq hücumçusu Olavio Juninyonu yenidən heyətinə qatıb.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən “Qarabağ” klubunun mətbuat katibi Anar Hacıyev bildirib ki, transfer olacağı təqdirdə klub tərəfindən rəsmi məlumat paylaşılacaq.
“Bu günün sonuna kimi vaxt var. Klub tərəfindən hansısa bir futbolçu transfer olunacağı təqdirdə tərəfimizdən rəsmi məlumat paylaşılacaq”, – deyə A.Hacıyev bildirib.
newsbaku.az