44 günlük müharibədən sonra Qarabağda əldə olunan uğurlar regionda yeni diplomatik reallıqlar yaradıb. Azərbaycan beynəlxalq hüquqa əsaslanan, sülhə və sabitliyə yönəlmiş diplomatik yanaşma ilə çıxış edir.
Qonşu ölkələrlə münasibətlər isə qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub. Bu əlaqələrin gələcəyi regional sabitlik və iqtisadi inteqrasiyanın dərinləşməsi ilə daha da möhkəmlənəcək.
Bu barədə newsbaku.az-a açıqlama verən politoloq Qədir Aslan:
“3 il bundan öncə Prezident köməkçisi cənab Hikmət Hacıyev ilin sonunda belə bir fikir söylədi:
“2023-cü ilin sonunda Qarabağ problemini kökündən həll etdikdən sonra regionda təhlükəsizlik arxitekturası qururuq”.
Bu hadisədən bir necə ay öncə səfərdə olan İsrail prezidenti “Qafqaz regionunda yeni təhlükəsizlik arxitekturası qurulur, lakin İran istisnadır”, – nitqini söyləmişdir. Bu iki fikir bizə bunu göstərir ki, həqiqətən regionda dost və düşmənlər yerini dəyişir. Əvvəlki dost düşmən, düşmən dosta çevrilir. Buna Azərbaycan-Ermənistan əlaqələri misal ola bilər.
Artıq biz bu termini işlədə bilirik. Situasiyanın və konnukturanın gətirdiyi vəziyyətə əsasən, Ermənistanla Azərbaycan müttəfiqdirlər, həmçinin Rusiya və Rusiyanın apardığı aqresiv siyasətə qarşıdırlar”.
Ekspertin sözlərinə əsasən, 5 il bundan öncə bu hadisəni biz xəyal edə bilməzdik, amma Rusiya ilə Azərbaycanın illər əvvəl dostluq nəğmələri hamısı suya düşdü, maskalar töküldü, Rusiya tərəfinin, işğal oxunun Rusiya və İranın iç üzü açıldı.
“Regional proyeklər var, Gürcüstan tərəfi Cənubi Qafqazda “Mehriban qonşuluq” platforması ilə çıxış edir. Ermənistan tərəfi sülh kəsişməsi, yəni Paşinyanın təqdim etdiyi platforma ilə çıxış edir. Azərbaycanın platforması isə 1990-cı illərin əvvələrindən Azərbaycan Prezidentləri həm Ulu Öndər tərəfindən, həm də İlham Əliyev tərəfindən “Qafqaz evi” platforması təqdim edilib. İlk öncə, Qarabağ məsələsi öz həllini tapmalı idi ki, “Qafqaz evi” başlasın. Komponentlər nəqliyyat və ticarət yollarının blokdan çıxarılması, xüsusilə iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin gücləndirilməsi, regiona külli miqdarda xarici investisiyanın cəlb edilməsi və regionda demokratik islahatların başlamasıdır. Bunlarla yanaşı, regional təhlükəsizliyin hər hansı bir hərbi çətirin altında xüsusilə NATO və NATO+ ölkələri olaraq həyata keçirilə bilər. Hərbi çətirin təhlükəsizliyi çətiri altında gücləndirilməsi, buna Azərbaycan Prezidenti bu yaxında Kəlbəcərdə anonsunu verdi ki biz dayanmırıq. Öz hərbi təhlükəsizliyimizi xüsusilə hava hücumundan müdafiə sistemlərini, dəniz donanmasını gücləndiririk. Bütün bunlar isə regionun gələcəkdə qisqac arasında qalmağını önlüyür.
Qonşu ölkələrlə münasibətlərimizin əsasında Gürcüstan-Azərbaycan təcrübəsi durur. 30 ilə yaxındır ki, bu təcrübənin barını, bəhrəsini görürük. Bu da qarşılıqlı ticari-iqtisadi maraqlardan keçir. Regionun gələcəyini, yalnız ticarət yollarının açılması müəyyənləşdirir. Xüsusilə nəqliyyat-kommunikasiya, yeni həyata keçiriləcək transmilli layihələr, enerji və enerji daşıyıcılar, yaşıl və yenilənən enerji ilə bağlı proyeklər regionun gələcəyinə mənzərə yaradır.
Hər 3 hökumət daxilində siyasi propaqanda məzmun etibarilə dəyişməlidir. Regiondakı dövlətlərin hərbi təhlükəsizlik, hərbi doktirina və milli təhlükəsizlik sənətləri dəyişməlidir. Bir-birinə qarşı ərazi iddiaları, etnik kimlik hücumlar, ksenofobiya, idioloji propaqanda dayanmalıdır”, – deyə bildirdi.
Nuranə Məmmədova
newsbaku.az