Bakıda ortaillik inflyasiya 7%-ə yaxın olub

image-1200-1backend

2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 106.9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106 faiz, qeyri-qida məhsulları üzrə 105.3 faiz təşkil edib.

newsbaku.az APA-ya istinadən xəbər verir ki, bu dövrdə əhaliyə göstərilən ödənişli xidmətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.5% bahalaşıb.

Qeyd edək ki, cari ilin I yarımilində Bakıda ortaillik inflyasiya 7% idi.

Xatırladaq ki, Azərbaycanda istehlak qiymətləri indeksi cari ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 105.8 faiz təşkil edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki