Naxçıvanda çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

image-axmjyqersgyqabwvdnonm6srwkdvmhcq5eictguq_1200backend

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Kəngərli rayonu, Xok kəndində fəaliyyət göstərən, Sabir Zakir oğlu Abtalıbova məxsus çörək emalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb.

newsbaku.az xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı və təmirə ehtiyac olduğu müəyyən edilib.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılana qədər emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

image-mfykykxm3xijrdg8bxlveisbobx92m5mfl7vpzev_640 image-njje2pfekftezybujensghwueg2mqxey13g2o4z3_640 image-pjou2mvci9imc2glm7ytddqufemqmnwejwm5eljv_640 image-xheychrmy6wx0qk0tunz7dygu0j4tz9na87xmyqn_640 image-pngehtf8wslo6tm5fryaqlpgbhkvsct5ipdzdfio_640 image-ojw2lrad5oaah1mfjymkobmx8xeskfqsxdbwfec4_640 image-pkei8qijw9b3fmrhmgexev0ooad4cmmhtcqgvtx9_640 image-9rxcy0dj5zlz2wxnahwece5rdwt3icghvspisvqd_640 image-axmjyqersgyqabwvdnonm6srwkdvmhcq5eictguq_1200

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki