Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

image-oc9k9t4pvip3gxgftxe4nvdj6usu0rxs5e29v17h_1200backend

Şamaxı rayonunun Məlhəm kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

newsbaku.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla yanğının rayon sakini, 38 yaşlı Kənan Səlimov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində bir hektar quru ot sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki