Bakıda yeniyetməyə qarşı zorakılıq: polis araşdırmaya başlayıb

image-32190backend

Bakı şəhəri, Sabunçu rayonunda yetkinlik yaşına çatmayan uşağa qarşı zorakılıq hadisəsi baş verib. Uşağın xəsarətlərinin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilib.

Bu barədə newsbaku.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki:

“Fiziki zorakılığa məruz qalmış yetkinlik yaşına çatmayan şəxsə yetirilən xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Qəyyumluğun ləğv edilməsi və uşağın xəstəxanaya yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür.”

Hadisə ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Sabunçu Rayon Polis İdarəsi tərəfindən ailəyə səfər həyata keçirilmişdir. Səfər zamanı yuxarıda adı çəkilən ünvanda yalnız yetkinlik yaşına çatmayan uşağın 21 yaşlı qardaşının olduğu, uşağın isə qəyyumu tərəfindən Lənkəran şəhərinə apardığı məlum olmuşdur. Hüquq mühafizə orqanları tərəfindən yeniyetmə uşaq ona qarşı zorakılıq törətməkdə şübhəli bilinən qəyyumu ilə birgə dərhal Bakıya gətirilməsi təmin edilmişdir. Hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində təhqiqat araşdırması aparılır. Bundan əlavə, yetkinlik yaşına çatmayanın xəsarət dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Həmçinin, uşağın vəziyyəti ilə əlaqədar tibb müəssisələrindən birinə yerləşdirilməsi həyata keçiriləcəkdir. Qəyyum şəxs barəsində isə qanuna müvafiq olaraq araşdırma işinə başlanılmışdır.

Rəşanə İsamqizi 

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki