Bahar Muradova: “Mehriban Əliyeva hər bir qadın üçün həm ilham, həm də inam mənbəyidir”

image-img-20250826-wa0141backend

Sevgi və şəfqətin, inam və etibarın ünvanı, ənənəvi dəyərlər və müasirliyin vəhdətindən yoğrulan bütöv şəxsiyyət, dinamik fəaliyyət və davamlı uğurun zərif siması – Mehriban Əliyeva!

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova newsbaku.az-a bildirib ki, ictimai və sosial fəaliyyətinin məqsədləri, qərarlarında insan talelərini önə çəkməsi, qadınlara və gənclərə ötürdüyü mesajı ilə sübut edir ki, qadın zərifliyi və lider qətiyyəti bir yerdə olanda təsir dairəsi daha geniş, nəticələr daha dərin olur.

Onun sözlərinə görə, birinci vitse-prezident kimi xidmətinin məzmununu təkcə sosial, təhsil, səhiyyə və mədəniyyət sahələrinə sistemli dəstək deyil, həm də Azərbaycan qadınının dövlət siyasətində real və təsirli iştirakının mümkünlüyünü yaşanmış nümunəyə çevirməsidir.

“Mehriban xanım hər gün sübut edir ki, qadınlar milli dəyərlərə, ailə institutuna, cəmiyyətin inkişafına söykənəndə daha böyük hədəflərə çata və dövlət idarəçiliyində daha mühüm rol oynaya bilərlər. Bu gün ailə, cəmiyyət və dövlət üçlüyündə öz həlledici yerini almaq istəyən hər bir Azərbaycan qadını onun timsalında özünü görür – zəhmətkeş və ağıllı, duyğulu və müdrik. Yorulmaz fəaliyyəti təkcə ötən illərin konkret və danılmaz nəticələri ilə deyil, həm də gələcək onilliklərin aydın hədəfləri ilə ölçülür. O, bizim hamımızı sadəcə təmsil etmir, dəyişdirir, gücləndirir, ruh verir, bütün qadınlar üçün həm ilham, həm də inam mənbəyi olur. Fədakar ömrü dəyərlər üzərində qurulmuş bir uğur hekayəsi olan Möhtəşəm Xanım, doğum gününüz mübarək!” – deyə Bahar Muradova vurğulayıb.

Rəşanə İsamqizi 

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki