Ukraynanın “Skala” əlahiddə alayının hücum qoşunları Donetsk vilayətində Pokrovsk istiqamətində yerləşən Udaçnoye yaşayış məntəqəsini nəzarət altına alıb.
newsbaku.az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Mətbuat Xidməti “Telegram” hesabında məlumat verilib.
“Birbaşa təmasda və məhvetmə vasitələrinin dəstəyi ilə düşmənin bütün dayaq məntəqələri məhv edilib. İki həftə ərzində hücum qrupları tədricən bir-birinin ardınca evləri təmizləyiblər və yaşayış məntəqəsi üzərində Ukrayna bayrağını qaldırıblar”, – deyə məlumatda bildirilib.
Həmçinin kəndin üzərində bayrağın qaldırıldığını, eləcə də Rusiya mövqeyinin qumbaraatanla məhv olunmasını göstərən videokadrlar da dərc edilib.
Udaçnoye kəndi Pokrovskdan cənub-qərbdə, Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədi yaxınlığında yerləşir.
newsbaku.az