“Neftçi”nin sabiq futbolçusu karyerasını “Sumqayıt”da davam etdirə bilər

image-izobrazhenie_2025-07-10_102352944backend

“Neftçi”dən ayrılan Filip Ozobiç karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

newsbaku.az-ın əldə etdiyi məlumata görə, futbolçu ilə klub arasında ilkin danışıqlar müsbət yekunlaşsa da, son qərar verilməyib.

Hazırda dəyəri 225 min avro olan futbolçunun “Sumqayıt”dan nə qədər maaş tələb etdiyi hələlik bilinmir.

Qeyd edək ki, “Neftçi” ilə müqaviləyə xitam verən Filip Ozobiç son mövsümdə meydana çıxdığı 33 oyunda səkkiz qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki