İlham Əliyev “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşüb

image-lxqnb3sgb7ctalq94ij36auhmo33tqrl9gq74lv2_1200backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşüb.

newsbaku.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə şirkətin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.

Yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının inşası, “ağıllı enerji sistemləri”nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb.

image-lxqnb3sgb7ctalq94ij36auhmo33tqrl9gq74lv2_1200 image-p8as0aao3fsrn8t6zt7of0ef0dq5p8fe6toa27l1_640 image-uu2aww5ulmzlyzilj62bgcqsgkqfxvnezub7unzn_640

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki