5 kilo narkotik aşkarlandı

image-izobrazhenie_2025-07-05_142932338backend

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlanılıb.

newsbaku.az istinad etdiyi mənbələrə əsasən bildirir ki, DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb.

Həmin şəxsin narkotiki satış məqsədilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, O.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki