Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib.
newsbaku.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) birgə məlumatında qeyd olunub.
Bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, Böyükşor-Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlif səviyyəli yol ötürücülərinin tikintisi nəzərdə tutulub.
AYNA, BDYPİ və NİİM əməkdaşları ərazidə monitorinq apararaq yol hərəkəti təhlükəsizliyinin artırılması və nəqliyyat sıxlığının azaldılması məqsədilə qısamüddətli həll müəyyən ediblər: işıqforlar quraşdırılıb, fazalar tənzimlənib və yol nişanlanması işləri aparılıb.
newsbaku.az