İranda yenidən “qaz borusu” partlayıb?

image-1200-1backend

Dünən Tehranın Çitqar bölgəsində baş verən partlayışdan yüksələn tüstü əhali arasında narahatlığa səbəb olub.

newsbaku.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Hadisənin səbəbi hələ rəsmi olaraq açıqlanmasa da, ərazidə toplaşan tamaşaçılardan biri tüstüyə istehzalı şəkildə münasibət bildirib:

“Çitqardakı evlərdən birində qaz borusu yenidən partlayıb”.

Son vaxtlar İranda qaz borusu partlayışları ilə bağlı xəbərlərin artması fonunda bu cür hadisələr ictimaiyyətdə həm narahatlıq, həm də tənqidi yanaşmalar doğurur.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki