“Ulduzlar kölgədə qalır? – Gənc ifaçılar səhnəyə yol tapa bilmir”

image-img_1565backend

newsbaku.az-a açıqlama verən gənc musiqiçi Turqay Mərdanoğlu bildirib ki, bu gün gənc ifaçıların qarşılaşdığı əsas problemlərdən biri maddiyyat çatışmazlığıdır. Onun sözlərinə görə, bir çox istedadlı gənclər maliyyə imkanları zəif olduğuna görə özlərini tanıda və inkişaf etdirə bilmirlər:

“Səhnəyə çıxmaq, klip çəkmək, studiya yazılışları, PR və digər sahələr kifayət qədər maliyyə tələb edir. Lakin bir çox gənc buna hazır deyil. İstedad var, amma imkan yoxdur. Gənclərə dəstək olunsa, mədəniyyət sahəsində daha böyük uğurlar mümkündür”, – deyə T. Mərdanoğlu bildirib.

Eyni zamanda o, musiqi sahəsindəki iş imkanlarının da məhdud olduğunu qeyd edib. “Musiqiyə ciddi yanaşan, amma bu sahədə işləmək üçün şərait tapa bilməyən çox sayda gənc var. Təəssüf ki, gənc ifaçılar üçün sabit iş yerləri, konsert proqramları və layihələr kifayət qədər deyil”, – deyə vurğulayıb.

O həmçinin vurğulayıb ki, dövlət və özəl qurumlar tərəfindən gənc musiqiçilərə daha çox dəstək proqramlarının olması vacibdir.

image-whatsapp-image-2025-08-03-at-11-14-35

Jalə Quliyeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki