Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
newsbaku.az “Unikal”a istinadən xəbər verir ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar rayon sakini 1998-ci il təvəllüdlü M.Paşayev və 2004-cü il təvəllüdlü M.Sadıqovadır. Onların vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.