“Şamaxı” yeni hücumçusunu açıqlayıb.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi Abdullahi Şuaybunu heyətinə qatıb.
Nigeriyalı futbolçu ilə “1+1” illik müqavilə imzalanıb.
Qeyd edək ki, 23 yaşlı oyunçu daha əvvəl Azərbaycanda “Kəpəz” və “Qəbələ” klublarının formasını geyinib.
newsbaku.az