İyun ayının əvvəlindən etibarən Canluici Donnarummanı satmağa çalışan PSJ artıq yeni qolkiperlə danışıqları başa vurub.
newsbaku.az “L’Equipe”nəşrinə istinadən xəbər verir ki, Paris klubu artıq “Lill”in qapıçısı Lük Şevalyenin transferini praktiki olaraq razılaşdırıb.
Lakin klub eyni anda həm Donnarumma, həm də Şevalyenin komandada olmasını istəmir.
“Lill” 23 yaşlı qapıçını 40 milyon avroya (bonuslar xaric) buraxmağa hazırdır. Amma əvvəlcə ona əvəzləyici tapmaq niyyətindədir.
newsbaku.az