İran KİV: “Regional gərginlik fonunda Azərbaycan Yaxın Şərqdə daha ciddi oyunçuya çevrilir”

image-1200-1backend

“Azərbaycan regionda təsirini gücləndirir və Yaxın Şərqdə daha əhəmiyyətli oyunçuya çevrilir”.

newsbaku.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə “Mashregh News” saytı aktivist Mohsen Reyhaninin sosial şəbəkədə dərc etdiyi məlumatlara istinadən yazıb.

Qeyd olunub ki, Bakı Suriyanın yeni hökuməti ilə əlaqələri genişləndirir, İsrail və Fars körfəzi ölkələri ilə münasibətləri dərinləşdirir, regionda öz mövqelərini möhkəmləndirir.

Həmçinin bildirilib ki, İran və İsrail arasında qarşıdurma fonunda Təl-Əviv Azərbaycanın coğrafi mövqeyini strateji baxımdan mühüm hesab edir və əməkdaşlığı gücləndirməyə çalışır.

Bundan əlavə, Hindistanın Ermənistanla yaxınlaşması fonunda Azərbaycanın Pakistanla müdafiə və siyasi əməkdaşlığı inkişaf etdirməsi də qeyd olunub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki