Fransanın cənubunda böyük meşə yanğını baş verib

image-50cebbb5-f2f5-378d-8502-6b2661072577_850backend

newsbaku.az xəbər verir ki, bu barədə regional prefektura “X” sosial şəbəkəsində məlumat yayıb.

“Ribot şəhəri ərazisində böyük yanğın baş verib. Onun söndürülməsi üçün əhəmiyyətli qüvvələr səfərbər edilib”, – məlumatda deyilir.

BFMTV kanalının verdiyi məlumata görə, təbii fəlakət yerinə 430-dan çox yanğınsöndürən gedib.

Prefekturadan bildirilib ki, yanğının söndürülməsi ilə əlaqədar ərazidə yollar bağlanıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki