Ərdoğan: “Şəhidlərimizin, qazilərimizin mübarizəsi boşa getməyəcək”

image-erdfffffbackend

“Şəhidlərimizin, qazilərimizin mübarizəsi boşa getməyəcək. Addım-addım inşa etdiyimiz terrorsuz Türkiyə onların əsəri olacaq”.

newsbaku.azın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən “Zəfərin adı Türkiyə” mövzusunda tədbirdə deyib.

“Ölkəmiz yarım əsrlik terror bəlasından qurtulduqca hər sahədə inkişaf edəcək, yeni dövr başlayacaq. Terrorsuz Türkiyə terrorsuz bölgəyə gedən yolun açarı olacaq. Çoxqütblü dünyada Türkiyəmiz yeni qütb olaraq haqq etdiyi yeri alacaq. Bundan əsla şübhə duymuruq”, – deyə Türkiyə prezidenti əlavə edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki