Beyləqan rayonunda qadın qətlə yetirilib.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Bolsunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1967-ci il təvəllüdlü Bəsti Həsənova yaşadığı evdə bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini, 2002-ci il təvəllüdlü Amil Ağayev saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
newsbaku.az