Təhsil eksperti Elçin Əfəndi bildirib ki, 2025-ci ildən əmək müqaviləsinə xitam verilmiş müəllimlərlə bağlı regionlar üzrə dəqiq statistika mövcuddur.
“Məlumatlara əsasən, yaxın günlərdə müvafiq qurumlar – o cümlədən müdir müavinliyi tərəfindən bu rəqəmlər ictimaiyyətə təqdim olunub. Qeyd edilib ki, təxminən 2000-dən çox şəxsin əmək müqaviləsinə xitam verilib.
Regionlar üzrə isə əsasən Mərkəzi Aran, Bakı şəhəri və ətraf ərazilər, eləcə də Gəncə-Qazax istiqaməti üzrə təhsil müəssisələrində çalışan müəllimlərin əmək müqaviləsinə xitam verildiyi bildirilib. İctimaiyyətə təqdim edilən məlumatlar əsasında hazırda yalnız bu detallar məlumdur,” – deyə ekspert qeyd edib.
Fənn göstəricilərinə gəldikdə isə:
“Builki imtahanda əsasən kimya, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər. Onlar ikinci cəhd imtahanına qatılan namizədlərdir. Bununla yanaşı, biologiya, coğrafiya və informatika müəllimlərinin də bir qismi müsabiqə şərtlərini ödəyə bilmədiyi üçün əmək müqavilələrinə xitam verilib,” – deyə Elçin Əfəndi əlavə edib.
Rəşanə Quliyeva
newsbaku.az