Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ali Radada Petro Poroşenkonun müxalif “Avropa həmrəyliyi” fraksiyasının deputatı Aleksey Qonçarenko arasında mübahisə olub.
newsbaku.az-ın xəbərinə görə, bu barədə strana.ua saytı məlumat yayıb.
Millət vəkili prezidentə hərbi qulluqçuların demobilizasiyasının olub-olmayacağı ilə bağlı sual verib. Zelenski cavab verib ki, hərbçilər Ukrayna öz düşmənlərini məğlub etdikdə evlərinə qayıdacaqlar və Qonçarenko kimilər cəbhədə onlara kömək edərsə, onlar rotasiyaya layiqdirlər.
Buna cavab olaraq Qonçarenko “vicdan olmalıdır” deyə qışqırmağa başlayıb.
Qeyd edək ki, bir gün əvvəl Aleksey Qonçarenko Ali Radada Zelenskinin “Xalqın xidmətçisi” hakim partiyasından olan deputat Daniil Getmantsev ilə dava edib. Münaqişə parlamentin hazırkı hökumətin istefası ilə bağlı məsələyə baxmağa başlamasına on dəqiqə qalmış baş verib. Qonçarenko soyadan alınan vergilərlə bağlı əvvəlki məsələnin müzakirəsini ləngitməyə çalışıb və baş verənləri telefonla lentə alıb. Nəticədə Getmantsev cihazı onun əlindən almağa çalışıb və bundan sonra əlbəyaxa dava düşüb.
newsbaku.az