Yasamalda ər arvadını güllələdi

image-signs-of-overdosebackend

Bakının Yasamal rayonunda baş verən güllələnmə hadisəsi ailə münaqişəsi zəminində baş verib.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb.

1987-ci il təvəllüdlü Vasif Kərimov evdə münaqişə zəminində həyat yoldaşını güllələyib.

Qadın ağır vəziyyətdə akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən V.Kərimov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

newsbaku.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki