Xəstəxanadan çıxan qadını motosiklet vuraraq öldürdü

image-mbackend

Sumqayıtda motosikletin vurduğu piyada ilə bağlı bəzi detallar məlum olub.

newsbaku.az Xəzər TV-yə istinadən məlumat verir ki, Bahar Kərimova Sumqayıtın “Corat” qəsəbəsində yaşayırmış.

Hadisə baş verən gün qızını xəstəxanaya gətirib. Ailəsi ilə birlikdə xəstəxanadan çıxarkən piyada keçidindən yolu keçmək istəyib. Elə bu zaman motosiklet ona çırpılıb.

Motosiklet sürücüsünün yeniyetmə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki