Ukrayna ilk dəfə Trans-Balkan dəhlizi ilə Azərbaycan qazını idxal edir.
newsbaku.az xəbər verir ki, bu barədə Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri Sergey Koretski bildirib.
“Ukrayna ilk dəfə Trans-Balkan dəhlizi ilə Azərbaycan qazını idxal edir. SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) qrupunun şirkəti ilə qazın alqı-satqısına dair ilk müqavilə bağlanıb – “SOCAR Energy Ukraine”, – deyə o, “Facebook” hesabında yazıb.
Test tədarük Bolqarıstan və Rumıniya marşrutu vasitəsilə həyata keçiriləcək.
newsbaku.az