Tramp dərmanları bahalaşdıracaq – Yeni tariflər gəlir

image-1200-1backend

 

ABŞ Prezidenti Donald Tramp əczaçılıq məhsullarının idxalına tətbiq edilən tarifləri artırmağa hazırlaşır.

newsbaku.az xəbər verir ki, avqustdan etibarən ABŞ-yə idxal ediləcək dərmanlara və digər əczaçılıq məhsullarına yüksək tariflərin tətbiqinə başlanılacaq.

 

Tramp bildirib ki, tariflər əvvəlcə aşağı olacaq, sonra isə çox yüksək səviyyələrə qalxacaq.

 

Tramp bu sözləri jurnalistlərə açıqlamasında deyib.

Əgər Tramp dərman vasitələrinə tətbiq edilən tarifləri artırarsa bunun ABŞ-də bahalaşmaya səbəb olacağı təxmin edilir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki