“50 gün ərzində Ukrayna üzrə razılaşma əldə olunmasa, Rusiyaya qarşı rüsumlar və sanksiyalar tətbiq edəcəyəm”.
newsbaku.az mk.ru-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində Rusiya və Ukrayna arasında razılaşmaya nail olunmasa, o zaman çox pis olacaq.
Bununla belə, Tramp məhz hansı sanksiyaları nəzərdə tutduğunu dəqiqləşdirməyib.
newsbaku.az