Rusiyanın pilotsuz təyyarələri Xarkovda yaşayış binasını vurub: Ölənlər var

image-xarkovbackend

Rusiya pilotsuz təyyarələri Ukraynanın Xarkov şəhərində yaşayış binasını vurub. Hücum nəticəsində biri uşaq olmaqla dörd nəfər həyatını itirib.

newsbaku.az Ukrayna KİV-ə istinadən xəbər verir.

Məlumata görə, zərbə nəticəsində binanın birinci, üçüncü və beşinci mərtəbələrindəki mənzillərdə yanğın baş verib. Binanın tavanı uçub.

Ümumilikdə, altı yaşayış binasına və 15 avtomobilə ziyan dəyib.

Şəhərin meri İqor Terexov qeyd edib ki, dağıntılar altında hələ də insanlar var, onların sayı dəqiqləşdirilir.

“Evin dağıntıları altından daha bir insanın cəsədi tapılıb. Beləliklə, ölənlərin sayı artıq dördə çatıb ki, onlardan biri uşaqdır”, – deyə o bildirib.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki