Ötən gündən Nərimanov rayonunda içməli su PROBLEMİ VAR

image-suuubackend

Bakıda Nərimanov rayonunun bəzi ərazilərində içməli suyun verilməsində fasilə yaranıb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarından etibarən Ağa Nemətulla 47, 49, 50 ünvanlarına içməli su verilmir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, suyun kəsiləcəyi ilə bağlı bir gün əvvəldən əhaliyə xəbərdarlıq edilib.

“Magistral xəttin qəzalı hissəsinin dəyişdirilməsi işləri ilə əlaqədar Nərimanov rayonunun bəzi ərazilərinə iyulun 10-u günorta saatlarına qədər suyun verilməsində fasilə yaranacağı ilə bağlı məlumat verilib. Bu gün günortadan sonra suyun verilməsi bərpa ediləcək”, – deyə məlumatda bildirilir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki