Nurlan Hacıyevə yüksək VƏZİFƏ VERİLDİ

image-cmgrlgsvd9yr1qnviibybseifr403sraoiy8ow3c_1200backend

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri təyin edilib.

newsbaku.az xəbər verir ki, Naxçıvan maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən, Nurlan Rauf oğlu Hacıyev Nazirliyin aparat rəhbəri vəzifəsinə gətirilib.

N.Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində “Gömrük işinin təşkili” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə ali təhsil alıb.

Qeyd edək ki, Nurlan Hacıyev əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayıb. Sonrakı illərdə o, “Naxçıvanbank” ASC-nin Culfa rayon filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki