NATO-nun baş katibi Mark Rütte Hindistan, Braziliya və Çinin Rusiya ilə əməkdaşlığa davam etdikləri təqdirdə ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəklərini bildirib.
newsbaku.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Zəhmət olmasa, Vladimir Putinə zəng edin və ona (Ukrayna üzrə) ciddi şəkildə danışıqlara getməli olduğunu bildirin, çünki əks halda bu, Braziliya, Hindistan və Çinə güclü təsir göstərəcək”, – deyə siyasətçi Konqresdə senatorlarla görüşü zamanı qeyd edib.
Rütte vurğulayıb ki, Avropa Ukraynanı sülh danışıqlarında ən yaxşı mövqe ilə təmin etmək üçün vasitələr tapmağa qadirdir.
newsbaku.az