Fransa hərbçiləri Seneqalı tamamilə tərk etdilər

image-1200-1backend

Fransa Seneqaldakı hərbi mövcudluğunu tamamilə dayandırıb.

newsbaku.az xəbər verir ki, bu barədə məlumatı AFP yayıb.

Belə ki, bu gün Fransanın hərbi kontingenti paytaxt Dakardakı son iki bazanı da tərk edib. Ümumilikdə iki bazada 350-yə yaxın fransız hərbçi olub.

Qeyd edək ki, Fransız qoşunlarının Seneqaldan çıxarılması 2025-ci ilin mart ayından başlayıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki