Bütöv kəndi sel apardı, onlarla insan itkin düşdü – Hindistandan dəhşətli GÖRÜNTÜLƏR

image-selbackend

Hindistanın Uttarkaşi bölgəsində baş verən güclü yağışlar fəlakətə səbəb olub. Leysan yağışlarından sonra yaranan güclü sel axını kəndləri su altında qoyub, yollar və evlər dağılıb.

newsbaku.az bu barədə “Mash” “Telegram” kanalına istinadla xəbər verir.

Bildirilir ki, təbii fəlakət nəticəsində bir kənd tamamilə sel sularına qərq olub. Hazırda təxminən 60 nəfərin taleyindən xəbər yoxdur.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Rəsmilər vəziyyətin kritik olduğunu və itkinlərin sayının arta biləcəyini istisna etmirlər.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki