Zəlzələlər Kamçatkanı qaynar nöqtəyə çevirir: Altıncı vulkan oyandı, “sarı” təhlükə kodu elan edildi

image-he9gr3ig4r5hbemlx0d6n3lm8pwwd99vc8qr0jzw_1200backend

Alimlər Kamçatkada (Rusiya) Mutnovski vulkanında aktivlik qeydə alıblar, ərazidə termal anomaliya müşahidə olunur, “sarı” təhlükə səviyyəsi elan edilib.

newsbaku.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatka filialının Geofizika Xidməti məlumat yayıb.

Bildirilir ki, anomaliya peyk görüntüləri vasitəsilə aşkar olunub.

“Vulkana sarı təhlükə kodu verilib. Güclü zəlzələlərin ocaq zonalarından gələn fasiləsiz afterşok axını səbəbindən vulkanın seysmik monitorinqi və püskürmələrin proqnozu mümkün deyil. Bu vulkanın, eləcə də yarımadanın digər vulkanlarının seysmogen aktivləşməsini nəzərə alaraq, əraziyə səfər qəti şəkildə tövsiyə edilmir”, – deyə qurumdan bildirilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki