Türkiyə mətbuatı Azərbaycan Prezidentinin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb

image-c6af0f5a8f84407f0a26816a892327b8backend

Türkiyənin aparıcı xəbər agentlikləri, telekanalları, qəzetləri və xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb.

newsbaku.az AZƏRTAC-a istinadən xəbər verir ki, qardaş ölkənin mətbuatının diqqətini, xüsusilə Azərbaycan rəhbərinin Zəngəzur dəhlizinin açılması, Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılması, Türkiyənin qlobal arenada tutduğu mövqelərlə bağlı bəyanatları cəlb edib.

Türkiyənin telekanalları, agentlikləri və qəzetləri Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin bütün region üçün əhəmiyyəti ilə bağlı mövqeyini çoxmilyonlu auditoriyaya çatdırıblar. Azərbaycan liderinin “Zəngəzur dəhlizi təkcə Şərq-Qərb nəqliyyat dəhlizi deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq” sözləri vurğulanıb.

Azərbaycan Prezidentinin qlobal gündəmdəki digər aktual məsələlər, o cümlədən Yaxın Şərqdəki proseslərlə bağlı müsahibəsindən fikirlər təqdim olunur.

image-fp6y7kk7kq0j0znkufmbbgsundkjnqgslt9h75wo_640 image-hevujka2y6gxknpgqt6vf2hmolzaoekyeoqyi4t8_640 image-g6elpwtc5c09mkbt2tt7rvexquandtuof9sbwkqt_640 image-dfodlljxy1wcrh4wsiwp3p0p1goathxmnquwcgrx_640 image-vzdpskvcppcoqhcrrs4cp3bg484svjftbu6vujuj_640 image-dphpmndflttnqsymrvlwe6cicn78fxl0f3uozaf5_640

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki