Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində “Stansiya Sumqayıt” adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, yanğın fərdi yaşayış evinin həyətyanı sahəsində təndirxana kimi fəaliyyət göstərən əlavə tikilidə baş verib:
“Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal cəlb olunub. Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasına imkan verilmədən qarşısı alınaraq söndürülüb”.
newsbaku.az