SOCAR-dan “Ai-95” yanacağı ilə bağlı VACİB AÇIQLAMA

image-1200-1backend

“SOCAR brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95″ markalı yanacağın satışı dayandırılmayıb”.

newsbaku.az xəbər verir ki, bu barədə “Report”a “SOCAR Petroleum” QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışının dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.

Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib:

“Lakin bu gündən etibarən bütün YDS-lərdə “Aİ-95″ markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki