UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə start verilib.
newsbaku.az xəbər verir ki, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.
Belə ki, Farer adaları təmsilçisi “Klaksvik” doğma meydanında Belarusun “Neman” klubunu qəbul edib.
Meydan sahibləri qonaqlara şans verməyiblər – 2:0.
Cütlüyün cavab qarşılaşması avqustun 14-də Belarusda keçiriləcək.
newsbaku.az