Ermənistanda deputat həbs edildi

image-izobrazhenie_2025-07-09_233627456backend

Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyasının deputatı Artur Sarkisyan həbs edilib.

newsbaku.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, İrəvan Şəhər Ümumi Yurisdiksiya Məhkəməsi müvafiq qərar qəbul edib.

Bildirilir ki, deputat iki ay müddətinə həbsdə qalacaq.

Ermənistan parlamenti daha əvvəl Artur Sarkisyanı deputat toxunulmazlığından məhrum edib.

Artur Sarkisyan Sisianın (Qarakilsə) keçmiş meri arxiyepiskop Baqrat Qalstanyanın həbs olunduğu iş çərçivəsində cinayət təqibinə məruz qalacaq.

Xatırladaq ki, Baqrat Qalstanyan hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunur.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki